Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əzizağa Həsənov xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sol bud çanağının əziyi diaqnozu qoyulub.
















