• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Yeni nəsil energetiklər" Ümumrespublika Yarışının finalçısı müəyyənləşib - FOTO/VİDEO

CƏMİYYƏT

09 Sentyabr 2026 | 15:09 | Müəllif: Əli Hüseynov

"Yeni nəsil energetiklər" Ümumrespublika Yarışının finalçısı müəyyənləşib - FOTO/VİDEO

"Azərişıq" ASC-nin təşkilatçılığı ilə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının növbəti regional turu Zəngilanda keçirilib. Yarışda Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 7 komanda iştirak edib.

Bakıvaxtı.az 
xəbər verir ki, Zəngilan Elektrik Şəbəkəsinin (EŞ) Rəqəmsal İdarəetmə Mərkəzində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda "Cəbrayıl EŞ", "Xankəndi EŞ", "Xocavənd EŞ", "Kəlbəcər EŞ", "Qubadlı EŞ-Zəngilan EŞ", "Laçın EŞ" və "Şuşa EŞ" komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırıblar.

İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən "Xankəndi EŞ" regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

 


"Yeni nəsil energetiklər" Ümumrespublika Yarışının finalçısı müəyyənləşib - FOTO/VİDEO"Yeni nəsil energetiklər" Ümumrespublika Yarışının finalçısı müəyyənləşib - FOTO/VİDEO"Yeni nəsil energetiklər" Ümumrespublika Yarışının finalçısı müəyyənləşib - FOTO/VİDEO"Yeni nəsil energetiklər" Ümumrespublika Yarışının finalçısı müəyyənləşib - FOTO/VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026