• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Bələdiyyələrdə qadın təmsilçiliyi 39%-ə yaxınlaşıb - Muradova

SİYASƏT

26 May 2026 | 11:28

Bələdiyyələrdə qadın təmsilçiliyi 39%-ə yaxınlaşıb - Muradova

Bakıda keçirilən və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) nəticələri ölkəmizin gender və sosial siyasət hədəfləri ilə tam uzlaşır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, WUF13 çərçivəsində aparılan genişmüstəqilli müzakirələr müasir şəhərsalma, məskunlaşma və mənzil siyasətinin yalnız infrastruktur layihəsi olmadığını, onun birbaşa insan mərkəzli və inklüziv inkişaf məsələsi olduğunu bir daha sübut edib. Forum boyunca keçirilən sessiyalarda ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların təhlükəsiz, əlçatan və inklüziv şəhər mühitində yaşamaq hüququnun təminatı, habelə sosial xidmətlərə bərabər çıxış imkanları xüsusi vurğulanıb.

Qeyd olunub ki, forumun yekun sənədində əksini tapan prioritetlər gender bərabərliyi məsələlərinin qlobal inkişaf gündəliyindəki strateji yerini göstərir və Azərbaycanda həyata keçirilən milli siyasətin beynəlxalq çağırışlarla tam harmoniyada olduğunu təsdiqləyir.

Komitə sədri çıxışının sonunda bələdiyyələrdə qadın təmsilçiliyinin 39%-ə yaxınlaşdığını, idarəetmədə rəqəmsal monitorinq və erkən müdaxilə sistemlərinin uğurla tətbiq edildiyini bildirərək, WUF13-ün təşkilində əməyi olan qurumları təbrik edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 May 2026