• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Ağsuda avtomobil çaya aşdı, ölənlər var - TƏFƏRRÜAT - YENİLƏNİB

HADİSƏ

26 May 2026 | 09:06

Ağsuda avtomobil çaya aşdı, ölənlər var - TƏFƏRRÜAT - YENİLƏNİB

Ağsuda baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, “BYD” markalı 77-NO-925 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayının qoruyucu daş-beton bəndinə çırpılıb. Avtomobil daha sonra bir neçə dəfə yuvarlanaraq Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində ölüb.

Digər iki sərnişin; 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

***

08:45

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza Dilman-Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq təxminən 100 metr aralıda yerləşən çayın yatağına aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində həyatını itirib. Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə və ölümün dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.


SON XƏBƏRLƏR

25 May 2026