• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

"Arvad" sözündən istifadə qadağan edilə bilər

SİYASƏT

26 May 2026 | 11:50

Arvad sözündən istifadə qadağan edilə bilər

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "arvad" anlayışı ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bu təkliflə parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı çıxış edib.

O hesab edir ki, həmin anlayışla bağlı qanunvericiliyə, gələcəkdə isə Konstitusiyaya dəyişiklik edilməsi məqsədəuyğun olar:

"Qadınlar özlərinə bu cür müraciəti doğru hesab etmirlər. Qanunvericilikdə qadını hələ də "arvad" adlandırırıq. Ola bilsin, nə zamansa bu qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar".


SON XƏBƏRLƏR

25 May 2026