• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Yastığın yuxuya təsiri

CƏMİYYƏT

26 May 2026 | 09:34

Yastığın yuxuya təsiri

Yuxunun keyfiyyəti seçilən yastığın hündürlüyündən birbaşa asılıdır.

Bakıvaxtı.az xəbər verir ki, düzgün yastıq seçmək üçün ilk növbədə insanın hansı pozada yatdığı nəzərə alınmalıdır. Mütəxəssislər bildirir ki, yan üstə yatmağa üstünlük verənlər üçün daha hündür yastıq tövsiyə olunur. Uyğun hündürlüyü müəyyən etmək üçün boyundan çiyinin sonuna qədər olan məsafə yan vəziyyətdə ölçülməlidir.

Arxası üstə yatanlar üçün boynun təbii əyriliyini dəstəkləyən, təxminən 8-10 santimetr hündürlüyündə yastıq uyğun sayılır. Üzüstə yatmaq istəyənlərə isə mümkün qədər alçaq yastıq seçmək məsləhət görülür.

Mütəxəssislərin sözlərinə görə, yastığın yanlış hündürlükdə olması bel və boyun əzələlərində davamlı gərginlik yaradır, yorğunluq hissi, narahatlıq və baş ağrılarına səbəb ola bilər.


SON XƏBƏRLƏR

25 May 2026