• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Azərbaycanda erkən evlilik halları son 3 ildə təxminən 50 faiz azalıb

CƏMİYYƏT

26 May 2026 | 11:28

Azərbaycanda erkən evlilik halları son 3 ildə təxminən 50 faiz azalıb

Azərbaycanda erkən evliliklər və 18 yaşadək analar üzrə statistik göstəricilərdə kəskin azalma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.

Bildirilib ki, dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər sosial risk göstəricilərində ciddi və səmərəli nəticələr verməkdədir.

 Komitə sədri bu müsbət dinamikanın təkcə birtərəfli hüquqi tədbirlərin deyil, bütövlükdə kompleks fəaliyyətin bəhrəsi olduğunu diqqətə çatdırıb:

"Bu nəticə təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin və cəmiyyətdəki ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir".

Həmçinin qeyd olunub ki, hazırda aidiyyəti qurumlara və qaynar xətt xidmətlərinə daxil olan müraciətlərin azalması, qoruyucu bir mexanizm olan mühafizə orderlərinin sayının artması və erkən müdaxilə sistemlərinin genişlənməsi bir-birini tamamlayan müsbət sosial tendensiyalar sırasındadır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 May 2026