• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Bakıda dəniz sahilində əməliyyat - Narkotik satan şəxs tutuldu - Foto

CƏMİYYƏT

26 May 2026 | 10:57

Bakıda dəniz sahilində əməliyyat - Narkotik satan şəxs tutuldu - Foto

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İdarəyə Xəzər dənizinin Qaradağ rayonu ərazisində yerləşən sahilində naməlum şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlərlə 48 yaşlı Ayaz Əsədov su polisləri tərəfindən saxlanıb. Onda marixuana, heroin, psixotrop maddə olan metamfetamin və narkotiklərin qəbulu üçün nəzərdə tutulan digər ləvazimatlar aşkarlanıb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 


SON XƏBƏRLƏR

25 May 2026