• Bakı 19° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...

HADİSƏ

26 May 2026 | 00:16

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...

Zərdabda nənə və nəvə dəm qazından zəhərlənib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb.

Məlumata görə, Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Nəticədə 94 yaşlı G. Ağalarova hadisə yerində dünyasını dəyişib, nəvəsi R. Ağalarov xəstəxanaya çatdırılıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 25.05.2026-cı il tarixində saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

“Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

25 May 2026