• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Sabirabadda bu ictimai iaşə obyekti BAĞLANDI - FOTOLAR

CƏMİYYƏT

02 Iyul 2026 | 11:03 | Müəllif: Zeynəb Rzayeva

Sabirabadda bu ictimai iaşə obyekti BAĞLANDI - FOTOLAR

Sabirabad şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulduğu müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlıumat yayıb.

Bildirilib ki, obyekt Eyyubov Emil Eyyub oğluna məxsus olub.

Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istehsalat sahələrinin quruluşu və təchizatına əməl edilmədiyi, qida ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialdan hazırlanmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, qida komponenti kimi istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.


Sabirabadda bu ictimai iaşə obyekti BAĞLANDI - FOTOLARSabirabadda bu ictimai iaşə obyekti BAĞLANDI - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026