• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Rütte: NATO bu il Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək

DÜNYA

15 Aprel 2026 | 20:10

Rütte: NATO bu il Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək

NATO Avropa İttifaqının (Aİ) kreditinə əlavə olaraq Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Berlində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasının əvvəlində bildirib.

Qeyd olunub ki, NATO dövlətlərindən vəsaitlər artıq 2026-cı ildə daxil olacaq.

Rüttenin sözlərinə görə, maliyyələşdirmədə prioritet hava hücumundan müdafiəyə, dronlara və uzaqmənzilli döyüş sursatlarına veriləcək.

Baş katib həmçinin üzv dövlətlər tərəfindən Ukraynaya dəstək xərclərinin qeyri-mütənasib bölüşdürülməsinə diqqət yetirib.

"Bu, həqiqətən də problemdir: çox az ölkə həddindən artıq böyük yük daşıyır və biz bu məsələni həll etməliyik. Ukraynanın mübarizəsinə dəstək heç vaxt olmadığı qədər vacibdir", - Rütte qeyd edib.


SON XƏBƏRLƏR