• Bakı 10° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Partiyasına ad tapana 100 min dollar verəcək

DÜNYA

15 Aprel 2026 | 20:56

Partiyasına ad tapana 100 min dollar verəcək

Floridalı milyarder və "Morgan & Morgan" hüquq firmasının təsisçisi Con Morqan qubernatorluq namizədliyindən imtina etsə də, gözlənilmədən ştatda öz siyasi partiyasını yaratmaq planlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu partiyaya ən gözəl adı tapan şəxsə 100.000 dollar mükafat vəd edib. 70 yaşlı iş adamı qeyd edib ki, ad müsabiqəsi hüquqi qaydalara uyğun olaraq keçiriləcək. Konkret qaydalar hələ açıqlanmayıb.

O, yeni qurumun "ölkədə əsl üçüncü qüvvə üçün başlanğıc nöqtəsi" ola biləcəyini iddia edib.

Morqan layihənin təfərrüatlarını yaxın günlərdə açıqlayacağına söz verib.


SON XƏBƏRLƏR