"Mançester Yunayted"in müdafiəçisi Harri Maqauyra qeyri-etik davranışına görə cəzalandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının qərarına əsasən, futbolçu "Bornmut"la oyunda qırmızı vərəqədən sonra hakimə qarşı davranışına görə daha bir matçlıq diskvalifikasiya olunub.
Beləliklə, Maqauyra aprelin 18-də "Çelsi" ilə keçiriləcək oyunu da buraxacaq.
Qeyd edək ki, həmin qarşılaşmada cəzalı olan Lisandro Martinesin də iştirakı gözlənilmir.
Bakı 




