• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Loqoped məşğələləri BU FORMADA olmalıdır

CƏMİYYƏT

15 Aprel 2026 | 15:13

Loqoped məşğələləri BU FORMADA olmalıdır

Nitq problemləri olan uşaqlarla ilkin mərhələdə fərdi məşğələlər daha effektiv hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, müalicə və təlim prosesinə fərdi yanaşma ilə başlamaq vacibdir:

“Bu uşaqlarla məşğələlər mütləq şəkildə ilkin mərhələdə fərdi aparılmalıdır. Fərdi dərslərlə yanaşı paralel olaraq adaptiv fiziki və praktiki məşğələlər də həyata keçirilməlidir. Bu yanaşma uşağın ümumi inkişafına daha müsbət təsir edir”.

A.Ələkbərova qeyd edib ki, fərdi dərslərin müddəti və strukturu da önəmlidir:

“Fərdi məşğələlər adətən 30 dəqiqə davam etməlidir. Bu müddət uşağın diqqətini saxlamaq və effektiv nəticə əldə etmək üçün daha uyğundur”.

Loqoped vurğulayıb ki, inkişaf müşahidə olunduqdan sonra qrup məşğələlərinə keçid mümkündür:

“Uşaqda kommunikasiya yaxşılaşdıqca, söz bazası artdıqca və cümlə qurma bacarığı inkişaf etdikcə, artıq qrup məşğələləri də əlavə edilə bilər. Məsələn, həftədə bir dəfə və ya ayda 3-4 dəfə qrup dərsləri təşkil etmək olar”.

Mütəxəssis bildirib ki, qrup dərslərinin əsas məqsədi sosial bacarıqların inkişafıdır:

“Qrup məşğələlərinin əsas məqsədi uşağın sosiallaşması və digər uşaqlarla ünsiyyət qurma bacarığını inkişaf etdirməkdir. Uşaqlar dialoqa girir, qarşılıqlı ünsiyyət qurur və bu da onların inkişafına müsbət təsir göstərir”.

Onun sözlərinə görə, qrupun tərkibi də düzgün seçilməlidir:

“Qrupda olan uşaqların nitq səviyyəsi çox ağır olmamalıdır. İstərdik ki, onlar ya düzgün nitqə sahib olsunlar, ya da oxşar, yüngül problemləri olsun. Əgər mürəkkəb nitq qüsurları müşahidə olunursa, bu halda fərdi məşğələlər daha məqsədəuyğundur”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR