• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Bakıya yağan dolunun SƏBƏBİ AÇIQLANDI

CƏMİYYƏT

15 Aprel 2026 | 19:42

Bakıya yağan dolunun SƏBƏBİ AÇIQLANDI

Aprelin 14-də Bakıya yağan dolu hər kəsi təəccübləndirdi. Mütəxəssislərin sözlərinə görə, bölgələrdə tez-tez rastlanan bu təbiət hadisəsi son 20-30 ildə paytaxt ərazisində müşahidə olunmamışdı.

Təbii olaraq insanlarda belə sual yaranır: Bakıda yenidən dolu gözlənilə bilərmi? Ümumiyyətlə, bu barədə niyə Milli Hidrometeorologiya Xidməti proqnoz verməmişdi?

Bakıvaxtı.az xəbər verir ki, coğrafiya elmləri doktoru Səid Cəfərov Baku TV-yə sözügedən məsələyə belə aydınlıq gətirib:

"Yaz ayları qeyri-stabil aylardır. Baş verən lokal prosesləri proqnozlaşdırmaq çox çətin məsələdir. Bakı və Abşeronun bəzi ərazilərinə dolu düşsə də, digər ərazilərdə müşahidə olunmaması konvektiv proseslərlə, yəni topa yağış buludları ilə əlaqədardır. Onlar müəyyən ölçüləri olan bir buludlardur. Harada ki həmin buludlar var idi, oraya dolu düşüb".

Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətindən isə bildirilib ki, Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir. Abşeron yarımadasında isə dolu prosesləri nadir hallarda baş verir və adətən qısamüddətli olur:

"Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə, yaz aylarında müşahidə olunur və bəzi illərdə bu proses may-iyun aylarında da qeydə alınır".

Mütəxəssislərin sözlərinə görə, rütubətin çoxluğu və havanın temperaturu yüksəldiyi üçün təkcə paytaxtda deyil, bütün bölgələrdə may və iyun aylarında bu cür yağıntıların güclənəcəyi gözlənilir.


SON XƏBƏRLƏR