• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Tokayev Antalya Diplomatiya Forumunda iştirak edəcək

DÜNYA

15 Aprel 2026 | 14:20

Tokayev Antalya Diplomatiya Forumunda iştirak edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıdan gələn IV Antalya Diplomatiya Forumunda (ADF2026) iştirakını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tokayev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşündə bildirib.

Tokayev regionda sabitliyin təmin edilməsində Türkiyənin rolunu yüksək qiymətləndirib və qarşıdan gələn Antalya forumunda iştirakını təsdiqləyib.

Görüş zamanı tərəflər həmçinin sənaye, energetika, logistika, aqrosənaye kompleksi, təhsil və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirib, eləcə də Yaxın Şərqdəki vəziyyət daxil olmaqla cari beynəlxalq gündəliyi müzakirə ediblər.


SON XƏBƏRLƏR