Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.
***
15:43
Türkiyədə məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kahramanmaraş valisi bildirib.
***
15:17
Türkiyədə məktəbə silahlı hücum olub.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisəı Kahramanmaraşda Ayser Çalık Orta Məktəbində baş verib.
Silahlı hücum nəticəsində ölən var. 6 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə tibbi briqadalar və polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən gün Şanlıurfada liseydə də silahlı hücum olub. Hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.
Bakı 




