• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Bakının icra başçılarına yeni QADAĞA QOYULDU

SİYASƏT

15 Aprel 2026 | 17:05

Bakının icra başçılarına yeni QADAĞA QOYULDU

Martın 28-29-da Bakı şəhərinə güclü yağışlar yağdığı günlərdə, paytaxt rayonlarının icra başçıları iş başında idi. Həmin dövrdə - martın 20-dən 31-dək ölkədə Novruz və Ramazan bayramları olduğuna görə, icra başçılarının iş başında olması maraq doğurur. Çünki, adətən uzun bayram tətilləri zamanı məmurlar xaricə istirahətə gedirlər.

Bakıvaxtı.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın icra başçılarına bayram günlərində rəhbərlik etdikləri rayonun ərazisindən kənara getməyi qadağan edib.

Bu addımın Bakıda yaşana biləcək fors-major vəziyyətlərə dərhal müdaxilə edilməsi, problemin qarşısını vaxtında almaq üçün atıldığı bildirilir.

Ümumiyyətlə, Bakının icra başçılarının xaricə getməyi xeyli məhdudlaşdırılıb. Onlar ildə yalnız iki dəfə - hər birində 10 gün olmaqla xaricdə dincələ bilərlər.


SON XƏBƏRLƏR