• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

İranda daha 6 nəfər həbs edildi - YENİLƏNİB

DÜNYA

15 Aprel 2026 | 16:03

İranda daha 6 nəfər həbs edildi - YENİLƏNİB

İranın Kəşfiyyat Nazirliyi İsraillə əlaqəli separatçı terror qruplaşmasının başçısı olduğu iddia edilən şəxsi saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.

Sözügedən şəxsin başçılıq etdiyi qruplaşmanın ölkənin Xuzestan ostanı ərazisində çoxsaylı sui-qəsdlər həyata keçirdiyi, partlayıcı maddələr yerləşdirdiyi iddia olunur.

İranın cənubundakı Hörmözqan ostasında isə beş nəfər “düşmən xarici mətbuat orqanları ilə” əlaqə yaratmaq ittihamı ilə saxlanılıb. Onlardan 3 nəfərin kişi, 2 nəfərin qadın olduğu bildirilir.

***

14:25

İranda “Mossad”la əlaqədə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

    Məlumata görə, İranın 6 vilayətində terror aktları, separatçılıq və silah qaçaqmalçılığında ittiham edilən 35 nəfər saxlanılıb.

    Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və əldəqayırma bombalar aşkarlanaraq götürülüb.

    Əməliyyatlar Xuzistan, Kürdüstan, Gilan, Kerman, Həmədan və Hörmüzqanda keçirilib./APA


    SON XƏBƏRLƏR