• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Türkiyə PA-dan məktəbdəki atışma ilə bağlı BƏYANAT

DÜNYA

15 Aprel 2026 | 19:24

Türkiyə PA-dan məktəbdəki atışma ilə bağlı BƏYANAT

Son vaxtlar Türkiyədə baş verən məktəb hücumları ilə bağlı proseslər ictimaiyyət tərəfindən həssaslıqla izlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında bildirilib.

Bəyan edilib ki, prosesin sağlam düşüncə ilə idarə olunması, cəmiyyətin dincliyinin qorunması və xüsusilə uşaqlarımızın psixoloji təhlükəsizliyinin diqqətdə saxlanılması böyük əhəmiyyət kəsb edir.

Bildirilib ki, qətlə yetirilənlərin və cinayəti törədənlərin kimliklərinin ön plana çıxarılması, hadisələrin dramatikləşdirilərək daim gündəmdə saxlanılması oxşar hərəkətlərə təşviqedici təsir yarada bilər.

Qeyd edək ki, bu gün Türkiyənin Qəhrəmanmaraş şəhərində orta məktəbdə atışma baş verib. Belə ki, 8-ci sinif şagirdi 4 nəfəri güllələyib, daha sonra isə özü intihar edib.


SON XƏBƏRLƏR