• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

İsveçrə ilə siyasi məsləhətləşmələr keçirildi

SİYASƏT

15 Aprel 2026 | 15:25

İsveçrə ilə siyasi məsləhətləşmələr keçirildi

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pier-İv Fuksu qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini, beynəlxalq təşkilatlar və platformalar çərçivəsində aparılan işləri, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədrliyi üzrə planları nəzərdən keçiriblər.

Bununla yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın irəlilətdiyi sülh gündəliyi, həyata keçirdiyi bərpa və quruculuq işləri, eləcə də minasızlaşdırma fəaliyyəti müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Eyni gündə Azərbaycan və İsveçrə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Fariz Rzayev, İsveçrə tərəfindən isə dövlət katibinin müavini Pier-İv Fuks rəhbərlik edib.

***

15:13

Azərbaycan və İsveçrə xarici işlər nazirlikləri ikitərəfli siyasi məsləhətləşmələr keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi bildirib.

Diplomatik missiya qeyd edib ki, siyasi məsləhətləşmələr Bakıda keçiriləcək.

"Dövlət katibinin köməkçisi, İsveçrə Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pyer-İv Fuksun başçılıq etdiyi İsveçrə nümayəndə heyəti ikitərəfli siyasi məsləhətləşmələr keçirmək üçün Azərbaycanda səfərdədir", - səfirlik qeyd edib.


SON XƏBƏRLƏR