ABŞ Senatı mərhum senator Lindsi Qrehemin Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, senatorun vəfatından sonra Senatdakı həmkarları ona son ehtiram əlaməti olaraq qanun layihəsini dəstəkləməyə razılaşıblar. Növbəti mərhələdə qanun layihəsi hazırda tətilə çıxmış Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunacaq.
Rusiya və İrana qarşı “cəhənnəm sanksiyaları” haqqında qanun 68 lehinə, 9 əleyhinə səslə qəbul edilib. Layihə Rusiya rəsmilərinə qarşı yeni sanksiyaların tətbiqini, həmçinin Çin, Hindistan və digər ölkələrin Rusiya nefti və qazından asılılığını azaltmaq məqsədilə onlara qarşı yüksək gömrük rüsumlarının tətbiqinə imkan verən müddəaları ehtiva edir.
Bakı 



