İngiltərə yığmasının ulduz futbolçusu Ayvan Touni 2025-ci ilin dekabrında Londonun gecə klubunda baş vermiş qalmaqallı insidentə görə fiziki zorakılıqda ittiham olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Skotland-Yardın yaydığı rəsmi bəyanatda bildirilib.
Məşhur idmançı sentyabrın 24-də Vestminster Magistratura Məhkəməsi qarşısında cavab verəcək. Sözügedən ittiham 2025-ci il dekabrın 6-da Londonun mərkəzindəki gecə klubunda qeydə alınan səs-küylü hadisə ilə əlaqədardır.
Bir müddət əvvəl "The Sun" qəzeti barda baş verən davanın təfərrüatını açıqlamışdı. Nəşrin məlumatına görə, bir kişi birgə fotoşəkil çəkdirmək məqsədilə idmançının boynundan yapışıb, buna cavab olaraq isə Touni ehtimal ki, ona başı ilə zərbə endirib. Aldığı xəsarət nəticəsində burnu qırılan zərərçəkmiş sonradan tibbi yardıma müraciət etməli olub.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun formasını geyinən Touni, bundan əvvəl bir sıra İngiltərə komandalarında, son olaraq isə "Brentford"da çıxış edib. Hücumçu İngiltərə yığmasının heyətində keçirdiyi 10 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu yay baş tutan dünya çempionatında isə 30 yaşlı forvard milli komandanın heyətində iki qarşılaşmada meydana çıxıb.
Bakı 



