Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində binanın birinci mərtəbəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12:40
Bakının Nigar Rəfibəyli küçəsində baş verən yanğının tarixi binada qeydə alındığı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisənin baş verdiyi bina Nigar Rəfibəyli küçəsi 26A-26G ünvanında yerləşir.
Bina 1893-1899-cu illərdə inşa edilmiş, dövlət tərəfindən mühafizə olunan yerli əhəmiyyətli memarlıq abidəsidir.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
İlkin ehtimala görə, yanğın binanın birinci mərtəbəsində yerləşən restorandan başlayıb.
***
12:05
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Bakı 









