“Real Madrid” klubu braziliyalı futbolçu Vinicius Junior ilə müqaviləni 2032-ci ilə qədər uzadıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Madrid klubu Premyer Liqa komandası “Arsenal” tərəfindən transfer olunmaq istəyən 26 yaşlı ulduz oyunçunu yeni müqavilə ilə saxlayıb.
2018-ci ilin iyul ayında Braziliyanın Flamenqo şəhərindən Real Madridə transfer olan Vinicius Jr. bütün yarışlarda 375 oyun keçirib və 128 qol vurub, 3 La Liqa və 2 UEFA Çempionlar Liqası titulunu qazanıb.
Murad Məmmədli
Bakı 



