• Bakı 30° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Tanınmış meyxanaçı Vasif Talıbova meyxana qoşdu - VİDEO

CƏMİYYƏT

07 Avqust 2026 | 12:59

Tanınmış meyxanaçı Vasif Talıbova meyxana qoşdu - VİDEO

Meyxanaçı Əhməd Naxçıvanlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı meyxana səsləndirib.

Bakıvaxtı.az xəbər verir ki, meyxanaçı çıxışı zamanı Vasif Talıbovu Naxçıvanın qurucusu kimi xarakterizə edib və onun fəaliyyətinin Naxçıvan sakinləri tərəfindən unudulmadığını bildirib.

Əhməd Naxçıvanlı meyxanasında "Naxçıvanın qurucusu Vasif Talıbovdur, onu heç zaman Naxçıvan xalqı unutmur" fikirlərini səsləndirib.

Qeyd edək ki, Vasif Talıbov 1995–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

2022-ci ilin dekabrında o, tutduğu vəzifədən azad edilib. Meyxanaçının səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik.

 

 

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026