Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ruslan Əliyev vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Ruslan Şahvəli oğlu Əliyev İqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
O, ürəktutması nəticəsində dünyasını dəyişib.
Nazirlik kollektivi Ruslan Əliyevin vəfatından kədərləndiyini bildirərək, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Zeynəb Rzayeva

















