• Bakı 29° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Süni intellektdən yeni viruslar yaratmaq üçün istifadə olundu

DÜNYA

07 Avqust 2026 | 16:27

Süni intellektdən yeni viruslar yaratmaq üçün istifadə olundu

Stanford Universitetinin tədqiqatçıları süni intellektdən ilk dəfə olaraq tam funksional və laboratoriyada təkrarlana bilən yeni viruslar yaratmaq üçün istifadə ediblər.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, tədqiqat nəticəsində bakteriyaları yoluxdura bilən və insanlar üçün təhlükə yaratmayan 16 yeni virus əldə edilib.

Bu, elmdə əhəmiyyətli bir dönüş nöqtəsidir və potensial olaraq xəstəliklərin müalicəsində yeni bir dövrün başlanğıcını qoyur. 

Bundan başqa, Evo1 və Evo2 kimi tanınan süni intellekt modelləri virusların, bakteriyaların, bitkilərin və insanların genetik kodları üzərində təlim keçib.

Mütəxəssislərə görə, yeni bakteriofaqların inkişafı antibiotiklərə davamlı hala gələn infeksiyalar üçün yeni müalicə üsullarının yaranmasına səbəb ola bilər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026