Cəlilabad rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində rayonun Soltankənd kəndi ərazisində, Soltankənd–Zəhmətabad avtomobil yolunda baş verib.
İlkin məlumata görə, 77-QS-771 dövlət qeydiyyat nişanlı BMW markalı minik avtomobilini idarə edən Elbrus Fərman oğlu Qafarov yolu yaxşı tanımadığı üçün döngədə nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşaraq yol kənarına yuvarlanıb.
Qəza zamanı avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü Samir Seymur oğlu Qafarov və 2025-ci il təvəllüdlü Məryəm Əmir qızı Məmmədovadır.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Məlumata görə, xəsarət alanlar sürücünün ailə üzvləri deyil, yaxın qohumları – qardaşının həyat yoldaşı və nəvəsidir. Onların ciddi xəsarət almadıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



