• Bakı 30° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

İDMAN

07 Avqust 2026 | 10:35

Sabah - Orhus matçının hakimləri dəyişdirilib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" və "Orhus" kollektivləri arasındakı cavab oyununun hakimləri dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, UEFA daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi Portuqaliya hakimlər briqadasını təyin etsə də, sonradan bu təyinatı dəyişib.

Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026