• Bakı 30° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Azərbaycanda 13 stomatoloq məsuliyyətə cəlb edilib

CƏMİYYƏT

07 Avqust 2026 | 09:55

Azərbaycanda 13 stomatoloq məsuliyyətə cəlb edilib

İyul ayı ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 39 yoxlama aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

    Bildirilib ki, həmin yoxlamalardan 32-si özəl tibb müəssisəsində, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib.

    Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkar edilib, aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.

    Bununla yanaşı, iyul ayı ərzində aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.

    Aparılmış yoxlamalar zamanı plastik cərrahlarla bağlı hər hansı nöqsan aşkar edilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Avqust 2026