• Bakı 30° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Ət niyə BAHALAŞDI? - GÖRÜNMƏYƏN SƏBƏBLƏR

CƏMİYYƏT

07 Avqust 2026 | 11:38

Ət niyə BAHALAŞDI? - GÖRÜNMƏYƏN SƏBƏBLƏR

Ölkədə ətin bahalaşması müşahidə olunur. Qəssabların sözlərinə görə, qiymət artımı son günlərdə daha çox öünü göstərir.

Bəzi ekspertlərə görə, hazırda sümüksüz mal və quzu ətinin bahalaşmasının əsas səbəbləri mövsümi və iqtisadi amillərlə bağlıdır. Yay aylarında otlaq sahələrinin məhsuldarlığının azalması və yem xərclərinin artması heyvandarlığın maya dəyərini yüksəldir. Bununla yanaşı, yanacaq, nəqliyyat və əmək xərclərindəki artım da ətin satış qiymətinə təsir göstərir. Digər mühüm amil bazarda təklifin azalmasıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, ətin bahalaşmasının səbəbi həm əhalinin təlabatının yüksəlməsidir, həm də ölkədə saxlanılan heyvanların sayındakı azalmadır.

Ekspertin sözlərinə görə, son 10 ildə xırdabuynuzlu heyvanlarda 25 faizə qədər azalma var:

“İribuynuzlu heyvanlarda isə 10 faizədək azalma müşahidə olunur. Təbii ki, bu azalma bazara çıxarılan ətin həcminin də aşağı düşməsinə səbəb olur”.

Müsahibimiz vurğulayıb ki, heyvandarlıqda xərclərin artması da ətin qiymətinin bahalaşmasının əsas amillərindən sayılır:

“Yem, saxlanma və yetişdirmə xərcləri yüksəldikcə, yerli istehsalda maya dəyəri artır. Bu isə daha ucuz istehsal imkanlarına malik ölkələrdən idxalı stimullaşdırır”.

Xalid Kərimli: Əgər idxal olmasaydı, qiymətlər indikindən 50-60 faiz daha baha olardı

Xalid Kərimlinin dediyinə görə, yəni ölkə daxilində ətin qiymətlərinin yüksəlməsi idxalın genişlənməsinə gətirib çıxarır:

“Ancaq indiki mərhələdə yerli məhsulların bazarlara çıxarılmasının azalması fonunda idxalın yüksəlməsi qiymətlərin daha kəskin bahalaşmasının qarşısını alır. Əgər idxal olmasaydı, qiymətlər indikindən 50-60 faiz daha baha olardı”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026