• Bakı 30° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Banqladeşdə iki sərnişin avtobusu toqquşub: Ölənlər və yaralananlar var

DÜNYA

07 Avqust 2026 | 12:30

Banqladeşdə iki sərnişin avtobusu toqquşub: Ölənlər və yaralananlar var

Banqladeşin şimal-şərqində yerləşən Silhet bölgəsində iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Dakkadan təxminən 240 kilometr aralıda, yerli vaxtla saat 07:30 radələrində baş verib.

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Polisin verdiyi məlumata görə, xəsarət alanlar ətraf xəstəxanalara çatdırılıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri öyrənilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026