ABŞ prezidenti Donald Tramp təkcə Ukraynanın deyil, həm də ABŞ-nin "Patriot" raketlərinə ehtiyacı olduğunu bildirib.
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.
Belə ki, jurnalistlər Trampdan Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevin təcili olaraq Patriot raket əleyhinə sistemlərinə və uzaqmənzilli raketlərə ehtiyacı olduğu barədə açıqlamalarına münasibət bildirməsini xahiş ediblər.
Tramp qeyd edib ki, vəzifəsindən ayrıldıqdan sonra silah anbarlarının əksəriyyəti istifadədən çıxıb və hazırda o anbarları doldurmağa çalışır:
"Bizim də raketlərə ehtiyacımız var".
Gülşən Şərif
Bakı 



