Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyən edilməsi məqsədilə sınaq imtahanlarına başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, keçirilən imtahanlar zamanı hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı nəzəri və praktiki bilik və bacarıqları qiymətləndirilir.
Sınaq imtahanlarının əsas məqsədi şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, həmçinin Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsidir.
Bakı 



