• Bakı 28° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

CƏMİYYƏT

07 Avqust 2026 | 19:10

17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

Ağdaş rayonunda nikah yaşına çatmayan qız üçün nişan mərasimi keçirilməsi ilə bağlı daxil olan məlumat əsasında polis araşdırma aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Araşdırma zamanı qızın 17 yaşında olduğu, oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib.

Polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri oğlan və qızın valideynlərini polisə dəvət edərək onlarla profilaktik və izahedici söhbətlər aparıblar. Valideynlərin diqqətinə çatdırılıb ki, nikah yaşına çatmayan şəxslə bağlı bu cür mərasimlərin təşkili qanunvericiliyin tələblərinə ziddir.

Faktla bağlı profilaktik tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR