Mingəçevirdə istifadəsiz qalan uşaq bağçasında yanğın həyəcanı yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Puşkin küçəsində yerləşən və 8 saylı uşaq bağçasına məxsus istifadə olunmayan tikilidə baş verib Ocaq və tüstülənmə yanğın təhlükəsinə yol açıb.
Əraziyə cəlb olunan yanğınsöndürmə briqadası çevik qaydada yanğın ocağını söndürərək təhlükənin qarşısını alıb.
Qeyd etmək lazımdır ki, bu tikili səfil həyat sürən bəzi şəxslər tərəfindən dəfələrlə oxşar təhlükələrə məruz qoyulub.
Murad İsmayıl
Bakı 



