ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən verilən açıqlamada Şimali Koreyanın Rusiyaya əlavə olaraq təxminən 10 min əsgər göndərdiyinə inanıldığı bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini dəyərləndirib.
Şimali Koreyanın Rusiyaya göndərdiyi əsgərlərin ölkənin qərbinə gəldiyinə dair xəbərlər aldıqlarını qeyd edən Sinq ABŞ-nin bu vəziyyətdən olduqca narahat olduğunu bildirib:
"Biz inanırıq ki, Şimali Koreya Rusiyanın şərqinə təlim keçmək üçün ümumilikdə 10 minə yaxın əsgər göndərib və bu əsgərlər yaxın bir neçə həftə ərzində Ukrayna yaxınlığındakı Rusiya qüvvələrini gücləndirəcək".
ƏIi Hüseynov











jpg-1732787624.webp)



