Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Fransaya gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Melaniya Harutyunyan məlumat verib.
Paşinyan Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Sammit sentyabrın 9-10-da Qrand Palais sərgi mərkəzində keçiriləcək və 120-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir.
Baş nazir Fransaya prezident təyyarəsi ilə deyil, adi sərnişin reysi ilə yola düşüb. O, təyyarədən paylaşdığı videoda Fransa Prezidenti Emmanuel Makronla görüşməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, Paşinyanın Fransaya son səfəri bu ilin martında baş tutub.
















