q
  • Bakı 14° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

“Parlament” və “Hökumət” futbol oynadı - VİDEO

İDMAN

07 May 2026 | 21:01

“Parlament” və “Hökumət” futbol oynadı - VİDEO

Bu gün Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin final mərhələsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabineti ilə Milli Məclis arasında yoldaşlıq görüşünə start verilib.

“Hökumət” komandası “Parlament” kollektivi ilə 6:6 hesablı heç-heçə edib. 

“Hökumət” komandasının heyətində çıxış edən Ümin Əmrullayev oyunla bağlı təəssüratlarını bölüşüb: “Matç gərgin mübarizə şəraitində keçdi. Dostluq qalib gəlsin deyə tərəflər bir-birinə güzəşt edirdilər. Bu cür turnirlər gənclərin idmana marağının artmasında rol oynayır. Müxtəlif peşə sahiblərinin bir araya gəlib belə turnirlərdə mübarizə aparması çox xoş haldır və təqdirəlayiqdir”.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

 

 


SON XƏBƏRLƏR