• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakıya külli miqdarda narkotik vasitə gətirmək istədi - FOTO

HADİSƏ

15 Yanvar 2024 | 09:09 | Müəllif: Qalib İbrahimoğlu

Bakıya külli miqdarda narkotik vasitə gətirmək istədi - FOTO

Xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edilən həmin şəxsdən 7 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bakıya külli miqdarda narkotik vasitə gətirmək istədi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR