• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər saxlanıldı- FOTO

HADİSƏ

14 Fevral 2024 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər saxlanıldı- FOTO

Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev və Dəyanət Quliyev saxlanılıblar.

R.Paşayevin idarə etdiyi "Vaz 21074" markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitələri pul qarşılığında Bakı şəhəri ərazisinə çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. R.Paşayev və D.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər saxlanıldı- FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR