• Bakı 17° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakını bir-birinə qatan qətllə bağlı YENİ DETALLAR

HADİSƏ

13 Fevral 2024 | 22:16 | Müəllif: Subhan Mahmudov

Bakını bir-birinə qatan qətllə bağlı YENİ DETALLAR

Fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsilə bağlı əsaslı şübhələr yaranıb.

Bakıvaxtı.az baku.tv-yə istinadən xəbər verir ki, 3 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov tutulub.

Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda ibtidai istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR