• Bakı 22° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

HADİSƏ

23 Mart 2023 | 11:38

Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı mağazadan 210 manat nağd pul və 2000 manat məbləğində tütün, alkoqol və digər məmulatların oğurlanması məlum olub. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, rayon sakini İbrahim Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026