Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə tərəfdaşlığı ilə “Karyera körpüsü” layihəsinin icrasına başlanıb.
Bakıvaxtı.az xəbər verir ki, layihənin başlanması ilə əlaqədar keçirilmiş görüşdə bildirilib ki, layihə sosial xidmət müəssisələrindən məzun olan gənclərin uğurlu karyera qurmalarına və cəmiyyətdə fəal şəkildə təmsil olunmalarına dəstək olacaq.
Layihə iki il davam edəcək.Bu müddət ərzində benefisiarlar üçün fərdi konsultasiyaların keçirilməsi, karyera məsləhət xidmətlərinin göstərilməsi, fərdi inkişaf planlarının qurulması və həyata keçirilməsi, əmək bazarının tələbləri barədə məlumatlılığın artırılması, yumşaq bacarıqların inkişaf etdirilməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi, habelə peşə seçimi ilə bağlı dəstək və müvafiq peşə sahələrinə yönləndirilmə xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Layihəyə sosial xidmət müəssisələrindən məzun olmuş və olmağa hazırlaşan benefesiarlar ilə yanaşı, 9 və 10-cu siniflərdə təhsil alan şagirdlər də cəlb olunacaq.
Eyni zamanda, layihə çərçivəsində sosial xidmət müəssisələrindən məzun olmuş və 2026-cı ildə məzun olmağa hazırlaşan gənclər üçün onların əmək bazarının tələbləri barədə məlumatlılığının artırılması və yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Karyera bootcampı”nın da təşkili nəzərdə tutulur.
Bakı 


jpeg-1776242819.jpeg)
jpeg-1776242813.jpeg)


