• Bakı 24° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Həmkəndlisini öldürmək istəyən şəxs saxlanıldı

HADİSƏ

20 Aprel 2023 | 16:27

Həmkəndlisini öldürmək istəyən şəxs saxlanıldı

Kürdəmirdə həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Bakıvaxtı.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, apelin 18-də rayonun Çöl-Qubalı kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026