• Bakı 24° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Goranboyda 25 yaşlı oğlan özünü asaraq öldürüb, nişanlısı intihara cəhd edib

HADİSƏ

22 Iyun 2023 | 21:54 | Müəllif: Qalib İbrahimoğlu

Goranboyda 25 yaşlı oğlan özünü asaraq öldürüb, nişanlısı intihara cəhd edib

Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Camal Məmmədov kəndin ərazisindən keçən çayın kənarında özünü ağacdan asaraq intihar edib. Hadisədən sonra gəncin nişanlısı, 22 yaşlı İ.Bayramova özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihara cəhd edib. Qadın yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026