q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Əmək bazarında gizli problem: İşçilərin hüquqları niyə pozulur?

CƏMİYYƏT

17 Aprel 2026 | 16:59

Əmək bazarında gizli problem: İşçilərin hüquqları niyə pozulur?

Yaşadığımız dövrdə insan həyatının böyük bir hissəsi əmək fəaliyyəti ilə bağlıdır. Digər dövlətlərdə olduğu kimi, ölkəmizdə də əmək münasibətləri cəmiyyətin sosial-iqtisadi inkişafında xüsusi rol oynayır.

Düzgün tənzimlənmiş əmək münasibətləri isə həm işçinin, həm də işəgötürənin maraqlarının qorunmasına xidmət edir, iş yerlərində səmərəli və sağlam mühit yaradır. Lakin əksər hallarda əmək bazarında əmək hüquqlarının pozulması hallarına da rast gəlinir.

Bəs görəsən, müasir əmək bazarında əmək hüquqlarının pozulmasının əsas səbəbləri nələrdir? Bu pozuntuların həm işçilərin sosial rifahına, həm də iqtisadi inkişafın davamlılığına təsiri necə qiymətləndirilə bilər?

İqtisadçı Murad Cəlalov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, əmək bazarında hüquqların pozulması əsasən əməkhaqqı ilə bağlıdır:

"Məlumdur ki, iqtisadiyyatda iş təklif edən və iş axtaran tərəflər var. Əgər əməkdaşlıq varsa, əksər hallarda işverən tərəf işləyən tərəfi daha çox "over-time" çalışdırmaq istəyir. Yəni, işləyən tərəf az ödəniş müqabilində daha çox iş görsün. Həmçinin əmək müqaviləsi saatla hesablanır və əməkhaqqı bu saata uyğun ödənilir. Ancaq bəzi iş yerlərində bu vəziyyətdən sui-istifadə olunur. Əgər iş yoxdursa, əməkdaşı evə göndərirlər və müqavilədə qeyd olunan saata uyğun əməkhaqqı ödənilmir".

Murad Cəlalov: Əmək müqaviləsi imzalanmadan öncə şərtlər ciddi şəkildə oxunulmalıdır və iş axtaranlar öz hüquqlarını bilməlidirlər

Müsahibimiz qeyd edib ki, işçilər iş saatından artıq çalışmaqla, daha çox məvacib əldə etməyə çalışırlar. Hətta gecə növbəsində çalışan insanlara ikiqat ödəniş olunmalıdır.

"Bu məsələdə hüququnu bilməyən şəxslər aldadılır. Həmçinin qarşı tərəfin öz hüququnu bilmədiyini görən işə götürən vəziyyətdən sui-istifadə edərək işçinin hüququnu pozur. Ona görə də əmək müqaviləsi imzalanmadan öncə şərtlər ciddi şəkildə oxunulmalı və iş axtaranlar öz hüquqlarını bilməlidirlər. Bu halda yanlış anlaşmalar yaşanmaz", - deyə Murad Cəlalov əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR