Məlum olduğu kimi, işğaldan azad edilən Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işləri davam etdirilir.
Bakıvaxtı.az-ın Unikal-a məlumatına görə, Qubadlının 5 ildən çox müddətdir işğaldan azad edilməsinə baxmayaraq, hələ də rayona və onun heç bir kəndinə köç baş tutmayıb.
Yalnız 2024-cü ilin may ayında Qubadlının Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına start verilib. Təxminən 2 ilə yaxın müddətdir tikinti işləri davam etsə də, hələ də yekunlaşmır.
Dövlət Proqramına əsasən, bu ilin may ayında Mahruzlu və Zilanlı kəndlərinə köç baş tutmalı idi. Lakin, tikintinin gecikməsi səbəbindən may ayında da köç olmayacaq.
Keçmiş məcburi köçkünlərin verdiyi məlumata görə, cavabdeh qurumların rəhbərləri də Qubadlıdan olan keçmiş məcburi köçkünlərin nə zaman doğma yurdlarına qayıdacaqları barədə məlumatsızdır.
Qeyd edək ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərini həyata keçirən şirkət "Amal Group"dur.
Onu da nəzərə çatdıraq ki, "Amal Group"un sahibi Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadiqovun kürəkənidir.
Bakı 




