q
  • Bakı 16° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

AZAL-dan yayılan görüntülərlə bağlı AÇIQLAMA

CƏMİYYƏT

17 May 2026 | 12:51

AZAL-dan yayılan görüntülərlə bağlı AÇIQLAMA

Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Hava Limanında vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

AZAL-dan Bakıvaxtı.az-a verilən məlumata görə, sözügedən videolar köhnədir və hava limanındakı hazırkı vəziyyəti əks etdirmir.

Bildirilib ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.

Qeyd olunub ki, son günlər müşahidə edilən əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər edilib. Vurğulanıb ki, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.

AZAL sərnişinlərə və ictimaiyyətə yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad etməyi tövsiyə edib.


SON XƏBƏRLƏR

16 May 2026